Valvoline

About the product
Azinterval MMC – 2004 ci- ildə Yusifov Elman Xanqulu oğlu tərəfindən təsis olunmuşdur. Şirkətin fəaliyyəti: rəsmi distribütoru olaraq “Valvoline” sürtkü yağlarının idxal və topdan satışıdır. “Valvoline” 500 şirkəti birləşdirən Ashland qrupuna daxil olan, 600 növdə mühərrik yağları və müxtəlif qatqılar istehsal edən markadır. Bu şirkətin istehsal etdiyi məhsulların 150 ilə yaxın tarixi var. Bu şirkət Amerika bazarında böyük paya sahib olmaqla yanaşı, Avropa, Orta Şərq və Afrika ölkələrində də (150 ölkə) 21000 işçi ilə fəaliyyət göstərir. Şirkətin çoxillik tarixində avto və moto yarışların xüsusi yeri var. Belə ki, ABŞ-dakı NASCAR yarışlarında 3 komandaya sponsorluq edir və iştirakçı avtomobillər üçün məhsullar istehsal edir. Həm də şirkətin Amerikada 2-ci ən böyük yağ dəyişmə şəbəkəsi var.
“Valvoline”nın bazardakı boşluğu doldurmaq üçün çalışır. Çünki hər avtomobil istehsalçısının və avtomobil sahibinin öz tələbi var. Şirkət minik, yük avtomobilləri və avtokimya üçün məhsullar istehsal edir. Azərbaycana gələn məhsulların çoxu isə, əsasən, Hollandiyadan idxal olunur. Azərbaycanda fəaliyyətə başlayandan bəri bir çox şirkətlər və qurumlarla əməkdaşlıq etməkdədir.Rəqiblərindən fərqlənməyi bacaran Azinterval qarşısına qoyduğu məqsədlərə çatmaqda əzmlə irəlləyir. Socar- Azərbaycan, Aggreko,Müdafiə Nazirliyi, Azərtunel MMC, Astexnika MMC, “Bahar Enerji” və onlarca qurumlarla əməkdaşlıq etməyə davam edir.
FƏRQİMİZ KEYFİYYƏTİMZDİR devizi ilə brend məhsul kimi rəqiblərinə meydan oxuyur:
- Innavasiyada öndə
-Mühərriki təmiz saxlıyır
-Tərkibi tam idealdır
-Yanacağa qənaət edir
-Havaya daha az maddə tullantısını təmin edir v.s
Price
1
Contact with supplier
BACK TO TOP